Sudanda vəba epidemiyasından ölənlərin sayı 348-ə yüksəlib
Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından ölənlərin sayının 348-ə yüksəldiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.Açıqlamada ölkənin 5 vilayətində dang qızdırması şübhəsinin olduğu, 2 nəfərin isə bu xəstəlik şübhəsi ilə öldüyü bildirilib.
Qeyd edək ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...