Sudanda vəba epidemiyası
Sudanda vəba epidemiyasından ölənlərin sayı 48-ə yüksəlib.Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, 102 vəbaya yoluxma faktı qeydə alınıb. Açıqlamada ölkədə yoluxanların sayının 1223-ə, ölənlərin sayının isə 48-ə yüksəldiyi bildirilib.
Digər tərəfdən, iyun ayından bu yana 10 əyalətdə həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 138-ə yüksəlib.Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlar zamanı daşqınlar nəticəsində hər il 100-dən çox insan ölür, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
Səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını çətinləşdirir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...