Somalinin paytaxtında təhlükəsizlik səbəbi ilə maska və papaqlardan istifadə qadağan edilib
Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib. Moqadişu Bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada bildirib ki, cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadə qadağan edilib. Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.
Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan bomba hücumlarına qarşı alınan yeni tədbirlərdən bəziləri olub. Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırdıqca, təşkilat müxtəlif şəhərlərdə hücumlarını artırıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...