25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Şimal dənizində fırtına naviqasiya sistemini sıradan çıxarıb

22-12-2023

Şimal dənizində 266 sərnişin və 131 ekipaj üzvü olan Norveç şirkətinə məxsus kruiz gəmisinin təkər korpusunu dalğa vurub. Pəncərələrin sınması və içəri su daxil olması nəticəsində naviqasiya və radar sistemləri zədələnib. 

Danimarka Birgə Xilasetmə Koordinasiya Mərkəzindən verilən açıqlamada gəmidə olan 266 sərnişin və 131 ekipaj üzvünün təhlükəsiz olduğu bildirilib. Açıqlamada gəmidə elektrik olmadığı, lakin əsas mühərrikin işlədiyi, naviqasiya və radar sistemlərinin işləmədiyi bildirilib. Gəminin operatoru olan Hurtiqruten Groupun törəmə şirkəti olan HX şirkətindən verilən açıqlamada ekipajın təhlükəsizlik yoxlamaları apardığı və texniki qiymətləndirmələrin davam etdiyi bildirilib.

Xilasetmə mərkəzi gəmini limana yedəkləmək üçün gəmi göndərəcək. Xatırladaq ki, Danimarka Meteorologiya İnstitutu dünən gecə bölgədə fırtınanın təsirli olduğunu və güclü küləyin bu gün də davam edəcəyini açıqlayıb.

Etiketlər:
Paylaş: