25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Səudiyyə Ərəbistanında  yeni neft və təbii qaz yataqları aşkar edlib

02-07-2024
IMG

Səudiyyə Ərəbistanı ölkənin Şərqiyyə və Rub əl-Xali bölgələrində xam neft və təbii qaz yataqlarının aşkar edildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın məsələ ilə bağlı bəyanatı ölkənin rəsmi agentliyi SPA-da dərc olunub.

Bin Salman Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Şərqiyyə bölgəsində iki qeyri-ənənəvi neft yatağı, ərəb yüngül neft yatağı, Rubul Xalidə iki təbii qaz yatağı və iki təbii qaz yatağı tapdığını bildirib.

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik təxminən 10 milyon barrel xam neft hasil edir və bunun təxminən 7 milyon barrelini ixrac edir.

Paylaş: