25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Şərqi Aralıq dənizi üçün güclü yağış xəbərdarlığı

23-07-2024
IMG

Şərqi Aralıq dənizində gözlənilən leysan yağışı ilə əlaqədar 5 vilayət üçün "sarı" kod xəbərdarlığı edilib.

Türkiyə Meteorologiya Ümumi Müdirliyinin verdiyi son proqnozlara görə, sabah günorta saatlarından sonra Mersin, Adana və Osmaniye ətrafı, Hatay sahilləri və Kahramanmaraşın cənub-qərbində güclü leysan və tufan gözlənilir.Yağış zamanı qəfil sel, daşqın, şimşək çaxması, dolu, torpaq sürüşməsi və güclü külək kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq üçün xəbərdarlıq edilib.

Paylaş: