Səlcuqlu sarayının ətrafındakı xarabalıqlardan yeni görüntülər
Konyada Bəyşəhir gölünün sahilində yerləşən Anadolu Səlcuqlu Sultanı Əlaəddin Keykubadın sarayı olan Kubadabad ətrafındakı bina xarabalıqları son illərdə sular çəkildikcə görünməyə başlayıb.
Səlcuqlu Sultanı I Əlaəddin Keykubadın əmri ilə 1236-cı ildə inşa edilən Kubadabad sarayının xarabalıqlarında, Bəyşəhir gölünün düz yanında və Anamas dağlarının ətəyində 1980-ci ildən bəri qazıntılar davam edir.Muzeyləri bəzəyən gözqamaşdıran və nadir keramika nümunələrinin üzə çıxarıldığı qazıntılarda hər mövsüm yeni kəşflər həyəcan doğurur.
Quraqlıq və iqlim dəyişikliyi səbəbiylə suyun zaman-zaman çəkildiyi göldə sualtı araşdırmalarla saraya aid bəzi tikililər də aşkar edilib.
Kubadabad Saray Kompleksi Qazıntılarına rəhbərlik edən Məhərrəm Çeken bildirib ki, Səlcuqlu sarayının kəşfinin 75-ci ildönümündə qazıntılar davam edir. O, Beyşehir gölündə zaman-zaman geri çəkilmələrin olduğunu ifadə edib:
"Su kanallar vasitəsilə də çəkilirdi. Yağışların azlığı və quraqlıq da buna səbəb olur. Bu səbəbdən aerofotoşəkillər də aydın olduqda, xüsusilə gölün dayaz sularının altında kəşfiyyata imkan yaradır. Fotoşəkillərlə strukturları müəyyən etdik. Sualtı araşdırmalarında gözləntilərimiz böyükdür. Kubadabad Sarayından "Şimala doğru, 'Mındıras adası' dediyimiz yarımadaya doğru uzanan zolağında çoxlu bina xarabalıqları var. Gölün son illərdə çəkilməsi ilə onları görmək və tədqiq etmək daha yeni imkanlar yaradır.”
Qazıntılar iqlimin imkan verdiyi kimi iyun ayından başlayaraq ilin sonuna qədər davam edəcək.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...