Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Fhnews.az xəbər verir ki, Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı bir qədər zəifləyib. Həmçinin tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 176 ləkə müşahidə olunur. Geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hazırda kosmik hava sakitdir.
İyunun 30-dək Günəşdə C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.
Günəş küləyinin sürətinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qismən artacağı, sonra isə nominal hala dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qeyri-sabit olacağı, sonra isə sakit olacağı proqnozlaşdırılır.
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...
Birinci sinfə qəbulda prioritet tətbiq...