25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Qırğızıstanda zəlzələdən sonra yardım üçün müraciət edən olmayıb

23-01-2024

Qırğızıstanda Çinlə sərhəddə baş verən və yeraltı təkanların bütün ölkə ərazisində hiss edildiyi zəlzələdən sonra zərərçəkənlər barədə heç bir müraciət daxil olmayıb.

Fhnews.az xəbər verir ki, Qırğızıstanın “24.kg” nəşri bu barədə respublikanın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatına görə, ötən gecə və yanvarın 23-ü səhər saatlarında Qırğızıstan-Çin sərhədində 3,3-8 bal arasında səkkiz zəlzələ qeydə alınıb.

Respublikanın Memarlıq, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı üzrə Dövlət Agentliyi tikinti obyektlərinə dəyən zərərin müəyyənləşdirilməsi istiqamətində işlər aparır.

Paylaş: