25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Qazaxıstanda torpaq sürüşməsi olub

08-02-2024

Qazaxıstanın cənubunda, Tyan-Şan dağlarının ətəyində yerləşən Almatı şəhərində torpaq sürüşməsi baş verib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada şəhərin Medeu rayonunda yerli vaxtla saat 02:00 radələrində baş verən təbii fəlakətdə 17 yaşlı gəncin həyatını itirdiyi bildirilib.

Yerin altında qalan 3 nəfərin axtarış-xilasetmə işləri davam edir. 

Bölgədə 3200 kubmetr palçıq altında qalan iki evə  ziyan dəyib.

Paylaş: