Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.
Fhnews.az xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.
Dövlətimizin başçısı inzibati binanın təməlini qoydu.
Azərbaycan Prezidenti: COP29 iqlim...
Prezident İlham Əliyev İsrailin...
Prezident İlham Əliyev Millətlər Birliyi...
Prezident İlham Əliyev Palau Prezidenti...
Prezident İlham Əliyev Rusiyanın maliyyə...