25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Prezident Ərdoğan: “Tütünsüz bir dünya üçün çox çalışacağıma söz verirəm”

09-06-2024
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya Tütünsüz Günü və Ətraf Mühit Həftəsi Proqramı” çərçivəsində Vahdettin Köşkündə gənclər və idmançılarla görüşündə bu sözü verib. O bildirib ki, siqaret istehsalı milyard dollarlıq həcmi ilə cəmiyyətin bütün təbəqələrini, xüsusilə gənclərimizi və uşaqlarımızı hədəf alır. Türkiyədə hər il 85 min nəfər tütün canavarına qurban gedir.

Ərdoğan indiki rəqəmlərin problemin qorxulu ölçüsünü ortaya qoyduğunu bildirərək bunları deyib: 

“Dünyada hər gün 20 min insan siqaretin yaratdığı xəstəliklərdən ölür. Ölkəmizdə hər il 85 min insanı tütün canavarına qurban veririk. Tütün təkcə insanları zəhərləmir, həm də dünyamızı çirkləndirir. Dünyada uşaqların təxminən yarısı tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almağa məcburdur. Siqaret tüstüsünün tərkibində 4 mindən çox zəhərli və kanserogen maddə var. Tütün məmulatlarının tərkibindəki toksinlər və digər kanserogen maddələr havaya yayılaraq siqaret çəkənin yanında olanlar üçün çirkli mühit yaradır. Tütünə məruz qalanların, yəni passiv siqaret çəkənlərin, tütündən istifadə etməsələr də, vəziyyəti daha pis və daha acınacaqlıdır. Siqaretin bütün bu zərərlərinə baxmayaraq, təəssüf ki, tütün sənayesi böyüməyə davam edir və hər il 700 milyard dollar gəlir gətirir.”

Paylaş: