Pankreas şişləri üçün yeni diaqnostik üsul
Zəhərli kərtənkələnin tüpürcəyi çətin aşkar edilən mədəaltı vəzinin şişlərini aşkar etmək üçün istifadə edilə bilər. Əsas funksiyalarından biri insulin ifraz etmək olan mədəaltı vəzidə bu işi görən hüceyrələr vaxtaşırı pozulur və insulinoma adlanan şişlər əmələ gəlir.
Bu nadir şişlər adətən xoşxassəli olur. Ancaq qan şəkəri səviyyəsinin aşağı olması, insanın huşunu itirməsinə və ya tutma keçirməsinə səbəb ola bilər.Mütəxəssislər deyirlər ki, çox kiçik olsalar da, mümkün qədər tez aradan qaldırılmalıdır. Ancaq bu şişləri indiki üsullarla tapmaq çox çətin bir işdir.
Bu gün insulinoma aşkarlana bilmirsə, həkimlər bütün mədəaltı vəzini çıxarmaq istəmədiyi üçün xəstələr əməliyyat keçirmirlər.
“Journal of Nuclear Medicine” jurnalında dərc edilmiş araşdırmaya görə, Gila canavarı adlanan kərtənkələ bu problemin həllində böyük potensiala malikdir.ABŞ və Meksikada yaşayan Gila canavarı adətən öldürücü olmayan zəhər ifraz edir.
Kərtənkələnin tüpürcəyindəki bir zülal əvvəllər laboratoriyada işlənib və şəkər xəstəliyinin müalicəsində istifadə edilib. Sözügedən zülal mədəaltı vəzidəki reseptorlara bağlanaraq onların insulin istehsal etməsinə şərait yaradır.
Buna əsaslanaraq, elm adamları eyni zülalın insulinomaları da aşkar edə biləcəyini araşdırmaq üçün yola çıxıblar.
İlk araşdırmalarda radioaktiv molekulun əlavə olunduğu zülal şişi təsbit etsə də, qan şəkərinin aşağı düşməsi və ürəkbulanma kimi yan təsirlərə səbəb olub.Yeni araşdırma aparan qrup, başqa bir molekul əlavə etməklə yan təsirləri böyük ölçüdə aradan qaldırıb.
Elm adamları yeni üsulu qan şəkəri aşağı olan 69 insanda sınaqdan keçirib və bunun 95 faiz müvəffəqiyyət nisbəti ilə şişləri aşkarlaya biləcəyini müəyyən ediblər.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...