Panama sahillərində miqrantları aparan gəmi batıb
Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı 4 nəfər ölüb, 8 nəfər itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə “Estrella de Panama” qəzeti məlumat yayıb.
Bildirilib ki, fevralın 14-də bir qrup miqrant Karib dənizində qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Sağ qalanların sözlərinə görə, gəmi pis hava şəraiti səbəbindən batıb. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Axtarış-xilasetmə işləri davam edir.
Sərhəd Xidmətinin məlumatına görə, ərazi cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq məqsədilə istifadə olunur. Hava cərəyanları və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...