25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Pakistanda havanın çirklənməsinin yaratdığı sağlamlıq böhranı dərinləşir

15-11-2024
IMG

Pakistanın Pəncab əyalətinin Multan və Lahor şəhərlərində həftələrdir davam edən hava çirkliliyinin əhalinin sağlamlığına təsiri və səhiyyə sisteminə vurduğu təzyiq səbəbindən “fövqəladə vəziyyət” elan edilib.

Pəncab əyalətinin yüksək vəzifəli məmurlarından Məryəm Aurangzeb havanın çirklənməsinin yaratdığı sağlamlıq böhranı ilə bağlı əyalət hökumətlərinin gördüyü tədbirləri açıqlayıb.

O, xüsusi olaraq Multan və Lahor üçün elan edilmiş fövqəladə vəziyyət çərçivəsində tibb işçilərinin məzuniyyətlərinin ləğv edildiyini, təhsil müəssisələrinin növbəti xəbərdarlığa qədər bağlı qalacağını, restoranların iş saatlarının məhdudlaşdırılacağını və tikinti işlərinin dayandırılacağını bildirib.

Çirklənmiş havanın milli fəlakət halına gəldiyini vurğulayan Aurangzeb "Bu, bir ay və ya bir ildə həll oluna biləcək bir vəziyyət deyil. Ona görə də 3 gün ərzində vəziyyəti yenidən qiymətləndirəcəyik və yeni strategiyaları elan edəcəyik”-deyib.

Pəncab rəsmiləri, Lahorda hava keyfiyyəti indeksinin son həftələrdə yuxarı həddi olan 300-dən yuxarı olduğunu və bu gün 600-ü keçdiyini söyləyib.

Hava keyfiyyəti indeksinin 300-dən yuxarı olması sağlamlığa zərərli hesab edilsə də, rəsmilər Lahorun dünyanın ən çirkli şəhərləri arasında olmağa davam etdiyini bildirib.

Cinnah Xəstəxanasının professoru  Məhəmməd Eşref vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hökumətin təcili tədbirlər görməsi barədə xəbərdarlıq edib.

"Bu, Covid-19-dan daha təcili vəziyyətdir, çünki insanlar kütləvi şəkildə tənəffüs yoluxucu infeksiyalar və xəstəliklərlə üzləşirlər-deyə əlavə edib. 
Pakistan hökuməti havanın çirklənməsinin yaratdığı tənəffüs xəstəlikləri səbəbiylə Pəncabda hər gün təxminən 70 min insanın xəstəxanalara müraciət etdiyini, xəstəxanalardakı çarpayıların sayının artırıldığını, xəstəxanalara gedə bilməyən vətəndaşların müalicəsi üçün səyyar klinikalar yaradıldığını açıqlamışdı.

Paylaş: