25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

NASA-nın kosmik gəmisi 1981-ci ildən bəri istifadə etmədiyi cihazla Yerə siqnal göndərib.

02-11-2024
IMG

NASA-nın veteran kosmik gəmisi “Voyager 1”  Yerlə əlaqəni itirdikdən sonra 40 ildən çox istifadə etmədiyi cihazla siqnal göndərib. Elm adamları təxminən 24 milyard kilometr uzaqlıqda olan kosmik gəmidəki problemi aşkar etməyə çalışırlar.

1977-ci ildə buraxılan “Voyager 1”  2012-ci ildə Günəş sistemindən ayrılaraq ulduzlararası mühitə daxil olan ilk kosmik vasitəsir.  

Ən uzaq insan ixtirası olaraq adını qoruyan NASA-nın bu gəmisi əkiz “Voyager 2”  ilə birlikdə elm adamlarına qiymətli məlumatlar göndərməyə davam edir. 

Lakin yaşına görə zaman-zaman bəzi problemlər yaranır. NASA-nın Reaktiv Sürət Laboratoriyasından “Voyager 1”  ilə əlaqə saxlayan elm adamları Dərin Kosmos Şəbəkəsindən istifadə edərək mesajlar göndərir və qəbul edirlər. Radio antenaları ilə təmin edilən rabitədə mesajın bir istiqamətdə səyahəti təxminən 23 saat çəkir. 

Siqnal göndərə bilən iki radio ötürücü daşıyan bu vasitə onilliklərdir ki, X diapazonundan istifadə edir. Daha zəif siqnala malik olan S-band ötürücü isə 1981-ci ildən istifadə olunmur. 

Bu günlərdə NASA alimləri  kosmik gəminin qızdırıcılarından birinin işə salınması üçün komanda verib. Lakin “Voyager 1” qızdırıcını işə salmaq üçün o, kifayət qədər gücə malik olmalıdır. Bu səbədən “ Voyager 1”  ilə əlaqə tamamilə kəsilib. 

Alimlər müdafiə sisteminin daha iki dəfə işə salınması səbəbindən S-zolağının aktivləşdiyini düşünürlər. 

Oktyabrın 22-də 43 ildir istifadə olunmayan ötürücüyə göndərdikləri siqnala oktyabrın 24-də cavab aldıqdan sonra kosmik gəmi ilə yenidən əlaqə qura biliblər. “Voyager 1”-in mühafizə sistemi kosmik gəminin həddindən artıq enerji istehlakı kimi səbəblərə görə işə salına bilər. Belə olan halda kosmik gəmi enerjiyə qənaət edir və uçuşa davam etmək üçün bütün vacib olmayan sistemləri bağlayır.

NASA-nın verdiyi açıqlamaya görə, komanda kifayət qədər gücə malik olsa da, sistemin nəyə səbəb olduğunu anlamağa çalışır. S-band ötürücü zəif siqnal göndərdiyindən uzun müddət ona etibar etmək olmaz. Əslində, alimlər oktyabrın 22-də göndərilən siqnala cavab alacaqlarına əmin deyildilər. 

Veteran kosmik gəmidə ötən ilin noyabrında problem yarandığından elmi məlumatların göndərilməsi dayanmışdı. Aylarla davam edən çalışmalardan sonra nəhayət  veteran kosmik gəmi normal vəziyyətə düşüb.

Paylaş: