NASA Marsda qədim gölün mövcudluğunu təsdiqləyən məlumatlar toplayıb
ABŞ Aeronavtika və Kosmik Agentliyi Mars orbitindəki peyklərinin və səthdə araşdırma aparan "Perseverance" roverinin Marsda "Jezero krateri" adlı hövzədə qədim gölün mövcudluğunu təsdiq edən məlumatlar topladığını bildirib.
NASA-nın internet saytında yer alan xəbərə görə, robot-roverin tapıntıları elm adamlarının Marsın bəzi hissələrinin bir zamanlar su ilə örtüldüyü və mikrob həyatına ev sahibliyi edə biləcəyinə dair yanaşmasını təsdiqləyir.
Qırmızı Planetdə 60-dan çox namizəd bölgəni diqqətlə araşdıran missiya komandasının və dünya alimlərinin tövsiyələri çərçivəsində NASA 49 kilometr ölçüsündə və tərkibindəki deltalara görə Jezero kraterini təyin edib.
Alimlər illərdir söyləyirlər ki, bölgə uzun keçmişdə su ilə dolu olub və qədim çaya ev sahibliyi edib. “Perseverance”in məlumatları göstərir ki, 3,5 milyard ildən çox əvvəl çay kanalları krater divarının üstündən keçərək göl əmələ gətirir.
Elm adamlarının suyun ətrafdakı gil minerallarını krater gölünə daşıdığına dair dəlillər kəşf etdiyi bildirilərkən, Jezeroda bu dövrdə mikrob həyatının olması ehtimalı vurğulanır.
Elm adamları bölgənin necə formalaşdığını və inkişaf etdiyini araşdıracaq və keçmiş həyatın izlərini aşkar etmək üçün Mars qaya və torpaq nümunələrini toplayacaq.
Qeyd edək ki, Jezero kraterinin eni 45 kilometrdir və Mars ekvatorunun şimalında "İsidis Planitia" adlı düzənliyin qərbində yerləşir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...