NASA eksperimental səsdən sürətli X-59 təyyarəsini təqdim edib
ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və “Lockheed Martin” şirkəti eksperimental səsdən sürətli “X-59 Questst” təyyarəsini rəsmi olaraq təqdim edib.
Fhnews.az xəbər verir ki, tədbir rəhbərliyin sosial şəbəkələrdəki səhifələrində yayımlanıb.
Yeni təyyarə Kaliforniyanın Palmdeyl şəhərində keçirilən təqdimatda nümayiş etdirilib.
“X-59” “Lockheed Martin” şirkəti tərəfindən hazırlanmış eksperimental reaktiv təyyarədir. Sələfi ilə müqayisədə onun əsas xüsusiyyəti səs bumunun əhəmiyyətli dərəcədə aşağı həcmidir. Digər təyyarələr səsdən yüksək sürətə çatdıqda yüksək, partlayışa bənzər uğultu yayırlar. NASA-ya görə, bunun əvəzinə, X-59 yalnız səs sürətinə çatdıqda "sakit tıqqıltı" edəcək.
Uçuşu daha sakit etmək üçün mühəndislər ona bənzər təyyarələrin dizaynını çox dəyişdirməli olublar. Məsələn, burun hissəsi əhəmiyyətli dərəcədə uzadılıb, buna görə kabinə “X-59”un burnundan "uzaqlaşdırılıb".
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...