Mont Blancda temperatur 33 saat ərzində 0 dərəcədən yuxarı ölçülüb
Həddindən artıq istilərin təsirli olduğu İtaliyada şimaldakı Mont Blanc dağında 4750 metr hündürlükdə havanın temperaturu 33 saat ərzində 0 dərəcədən yuxarı ölçülüb.
Valle d'Aosto Bölgəsi Ətraf Mühitin Mühafizəsi Agentliyi tərəfindən edilən yazılı açıqlamada, ölkə daxilində təsirli olan həddindən artıq istilərin Mont Blanc dağının zirvəsində də hiss edildiyi bildirilib.Açıqlamada qeyd olunub ki, dağda meteoroloji stansiyanın apardığı ölçmələrə əsasən, avqustun 10-u gecə yarısından 11-i səhər saat 09:00-dək 33 saat ərzində havanın temperaturu 0 dərəcədən yuxarı qalıb.
Agentliyin Valle d'Aosta rəsmisi Marco Cappio Borlino İtaliya mətbuatına verdiyi açıqlamada bu hündürlükdə gecə şaxta görməməyin anormal bir vəziyyət olduğunu vurğulayıb.O, bunun nəticəsində dağdakı qar və buzlaqların əriyəcəyinə diqqət çəkib.
Digər tərəfdən, şimaldan cənuba həddindən artıq isti hava dalğasının həftə ərzində təsirli olacağı gözlənilən İtaliyada Səhiyyə Nazirliyi paytaxt Roma da daxil olmaqla 19 şəhərdə sabah üçün "qırmızı" xəbərdarlıq edib.
Nazirlik bu şəhərlərdə yaşayan hər kəsə, xüsusilə xəstələrə, qocalara və uşaqlara isti havanın mənfi təsirlərindən qorunmağı tövsiyyə edib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...