Mərkəzi Afrika Respublikasında gəmi qəzası nəticəsində ölənlərin sayı 62-yə çatıb
Mərkəzi Afrika Respublikasında cümə günü baş vermiş gəmi qəzası nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Fhnews.az “China.org” saytına istinadla xəbər verir ki, Mülki Müdafiə qüvvələrinin baş direktoru Tomas Dimas sudan ilkin olaraq 58 cəsədin çıxarıldığını, bazar günü isə üç qadın və bir uşaq da daxil olmaqla daha dörd cəsədin tapıldığını bildirib. O, suda batanların dəqiq sayının məlum olmadığını, xeyli sayda insanın hələ də itkin düşdüyünü söyləyib.
Hazırda axtarış işləri davam etdirilir.
Xatırladaq ki, hadisə paytaxt Banqui şəhərindəki Mpoko çayı üzərində təxminən 300-dən çox insanı daşıyan gəminin batması nəticəsində baş verib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...