25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Mənzilləri satışa hazır olan yaşayış binası söküləcək

11-06-2024
IMG

Yaponiyada tikintisi başa çatan və mənzilləri satışa hazır olan yaşayış binasının ölkənin ən hündür nöqtəsi olan Fuji dağının mənzərəsini kəsdiyi üçün söküləcəyi açıqlanıb.

“Sekisui House” şirkətinin açıqlamasına görə, Tokionun Kunitaçi rayonunda 18 mənzilli 10 mərtəbəli yaşayış binası sakinlərin Fuji dağına baxışını əngəlləyib.

Ərazidə yaşayan məhəllə sakinləri tikintisi başa çatan və mənzilləri satışa hazır olan binanın Fuci dağının mənzərəsini qismən kəsməsi ilə bağlı şikayətlərini artırıblar.

Açıqlamada tikinti layihəsində görünüşə təsirin yetərincə nəzərə alınmadığı qəbul edilib və demək olar ki, satışa hazır olan binanın sökülməsinə qərar verildiyi bildirilib.

Vəziyyəti  qiymətləndirən podratçı şirkətin məhəllə sakinləri ilə görüşlərdə mərtəbələrin sayının azaldılması təklifləri rədd edildikdən sonra onu sökmək qərarına gəlib.

Şirkətdən verilən açıqlamada, "Baxışa dəyər verən mədəniyyətdən xəbərdar idik, lakin bunu kifayət qədər nəzərə almadıq. Müqavilə tərəflərindən də üzr istəyirik."

Qeyd edək ki, Kunitaçi stansiyasına piyada 10 dəqiqəlik məsafədə yerləşən binanın tikintisinə 2023-cü ilin yanvarında başlanılıb, mənzillərin qiymətlərinə gəlincə, 446 min dollardan başlayan qiymətlər gündəmdə olub. 

Xatırladaq ki, Yaponiyanın Yamanaşi və Şizuoka əyalətləri arasında yerləşən və UNESCO-nun “Ümumdünya İrs Siyahısına" daxil olan, hündürlüyü 3776 metr olan Fuci dağı ölkənin milli simvollarından biridir.

Paylaş: