“British Airways” azı bir il müddətinə Pekinə uçuşları dayandıracaq
“British Airways” aviaşirkəti azı bir il müddətinə Çinin paytaxtı Pekinə uçuşları dayandıracaq.
Fhnews.az “Financial Times”a istinadən xəbər verir ki, şirkətin bu qərarı Rusiyanın hava məkanını qapamasının uçuşla bağlı əməliyyatları çətinləşdirməsi, xərcləri artırması ilə bağlıdır.
Bundan əlavə, “British Airways” bu istiqamətdə uçuşlara tələbatın zəiflədiyini qeyd edir.
Hitrou hava limanından Pekinə uçuşlar oktyabrın 26-dan 2025-ci ilin noyabrına qədər dayandırılacaq. Bununla belə, “British Airways” Şanxay və Honkonqa uçuşları davam etdirəcək.
Bundan əvvəl Britaniyanın digər aviaşirkəti – “Virgin Atlantic Airways Ltd.” oktyabrın 25-dən etibarən Londondan Şanxaya uçuşların dayandırıldığını elan edib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...