“Beril” qasırğası Texas və Luiziana ştatlarını vurub
“Beril” tropik qasırğası ABŞ-ın Şərqi Texas və Qərbi Luiziana ştatlarına çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Məlumata görə, qasırğanın maksimal sürəti 20,8 m/s-dir.
Texasda tropik qasırğa nəticəsində üç nəfər ölüb. Dəmir yolunda 1300 reys ləğv edilib. Bundan əlavə, 2,7 milyona yaxın bina işıqsız qalıb.
ABŞ Milli Hava Xidməti Arkanzasın cənub-qərbi, Luiziananın şimal-qərbi və Texasın şimal-şərqi üçün tornado xəbərdarlığı elan edib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...