“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edir.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İran Dövlət Televiziyası helikopterin yerinin müəyyən olunduğu barədə xəbər yayıb. İrandan verilən digər açıqlamaya görə, helikopterdə olan heyət üzvlərindən birinin telefonu ilə əlaqə yaradılıb və xilasedicilər o istiqamətə yönləndiriliblər.
Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin sədr müavini Məhəmməd Kobadi isə axtarış-xilasetmə qruplarının qəzanın baş verdiyi ehtimal edilən bölgəyə 3 saatlıq məsafədə olduqlarını bildirib.
Xatırladaq ki, Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidenti Seyid İbrahim Rəisi və ölkənin bir neçə rəsmi şəxsinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecə görmə cihazları ilə təchiz edilmiş helikopter ilə xilasedici qruplar göndərib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...