Kubada bir günlük matəm elan edilib
İran Prezidenti İbrahim Rəisinin və digər yüksək vəzifəli şəxslərin helikopter qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı Kubada bir günlük matəm elan edilib.
Fhnews.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Kuba hökumətinin bəyanatında bu ağrılı anda İran xalqı və hökuməti ilə həmrəylik ifadə olunub.
Açıqlamaya görə, Kubada bu gün yerli vaxtla səhər saat 6:00-dan başlayaraq sabah günortaya qədər bütün ölkə ərazisində dövlət bayrağı yarıya qədər endiriləcək.
Prezident Migel Diaz-Kanel Bermudes Kubanın xalq tərəfindən sevilən böyük dostunu itirməsindən dərin təəssüf hissi keçirdiyini qeyd edib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...