25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Kanada xaricilərə mənzil satışına qoyulan qadağanı daha 2 il uzadıb

05-02-2024

Kanadada əcnəbilərə mənzil satışına qoyulan qadağa daha iki il müddətinə uzadılıb. Kanada vətəndaşlarının ev tapmaq problemi ilə əlaqədar xaricilərə 2025-ci il yanvarın 1-də başa çatacaq mənzil satışı qadağasını 2027-ci il  yanvarın 1-nə qədər uzadıb.

Kanada baş nazirinin müavini Kristia Friland açıqlamasında bu barədə məlumat verib. 

Kanada hökuməti xaricilərə mənzil satışının ölkə daxilində şəhər və qəsəbələrdə mənzil bazarlarında qiymət artımı ilə bağlı narahatlıqları artırdığını açıqlayıb.

Keçən ay Kanadadakı mənzil böhranı səbəbiylə beynəlxalq tələbə icazələrinin iki il müddətinə məhdudlaşdırılacağı açıqlanmış, bəzi tələbələrə məzun olduqdan sonra iş icazəsi verilməyəcəyi bildirilmişdi. Digər tərəfdən, sözügedən qanun ilk dəfə 2023-cü ilin yanvar ayından etibarən tətbiq edilib.

Paylaş: