Kamçatkadakı Şiveluç vulkanı bir gündə iki dəfə kül püskürüb
Rusiyanın Kamçatka bölgəsində yerləşən Şiveluç vulkanı 4,5 kilometr hündürlüyə kül püskürüb.
Fhnews.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə reaksiya qrupu məlumat yayıb.
Bildirilib ki, partlayışlar nəticəsində Şiveluç vulkanının külü dəniz səviyyəsindən 4,5 kilometr yüksəkliyə qalxıb.
Qeyd edək ki, bu, gün ərzində artıq ikinci kül püskürməsidir. Bir neçə saat əvvəl Şiveluç 5 kilometr hündürlüyə kül püskürmüşdü.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...