25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

İzmir Körfəzində ammiak miqdarının yüksək olması kütləvi balıq zəhərlənməsinə səbəb olub

14-09-2024
IMG

Avqustun 20-də İzmir körfəzinin Bayraklı və Karşıyaka çimərliklərində yosun çiçəklənməsi və balıq ölümləri müşahidə olunub və daha sonra ətrafa pis qoxu yayılıb. Qeyd edək ki, balıq ölümləri son dəfə intensiv olaraq Karşıyaka bölgəsinin Aksoy rayonunda və Bayraklı sahilində müşahidə edilib. Türkiyə Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bölgədə keçirdiyi yoxlamalardan sonra bildirib ki, dənizdəki tullantı sularından qaynaqlanan ammonyak miqdarı normadan  50 dəfə çoxdur. Bu isə həm dəniz canlılarını, həm də insan sağlamlığını təhdid edir. 

İzmir Körfəzi Koordinasiya Şurasının üzvü və Dokuz Eylül Universiteti Dəniz Elmləri və Texnologiyaları İnstitutunun Dəniz Elmləri Bölməsinin rəhbəri professor  Şükrü Turan Beşiktepe bölgədə oksigenin hələ də çox aşağı olduğuna diqqət çəkib. O, sahilə yaxın ərazilərdə ümumiyyətlə aşağı oksigen səviyyəsinin davam etdiyini, son 5 ildə xüsusilə yayın sonu və payızın əvvəllərində yosunların   çiçəklənməsi və oksigen çatışmazlığı problemlərinin yaşandığını qeyd edib. Körfəzdə ekoloji gərginlik yarada biləcək bir çox faktorun olduğunu vurğulayan Beşiktəpə bu amillər arasında insan sayının və gəmilərin artmasını önə çəkib,  dənizə axıdılan çirkablardan bəhs edib.

Paylaş: