25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

İstanbulda uçmaq təhlükəsi ilə üzləşən 1556 bina müəyyən edilib

04-06-2024
IMG

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) tərəfindən həyata keçirilən sürətli yoxlama testlərində şəhərdə uçma təhlükəsi olan 1556 bina müəyyən edilib.

İBB-dən verilən açıqlamada, bələdiyyənin şəhərdəki bina ehtiyatını müəyyən etmək və şəhər çevrilməsini sürətləndirmək üçün binalarda pulsuz sürətli yoxlama sınaqları keçirildiyi bildirilib. Açıqlamada bu çərçivədə ünvanlara gedərək təhlillərin aparıldığı və nəticələrin sakinlərlə paylaşıldığı qeyd edilib. Sürətli tarama testindən keçmək üçün 160 min müraciət daxil olub. Bu günə qədər 35 min binanın analizi aparılıb. Təhlil edilən evlər davamlılığına görə A və B (aşağı riskli), C (orta riskli), D (yüksək riskli) və E (çox yüksək riskli) kateqoriyalarına təsnif edilib. Tikintiyə baxış nəticəsində təhlil edilən evlərin 50 faizi D və E kateqoriyasında, yəni riskli binalar olub.

Təhlillərin nəticələrinə görə, 1556 bina hətta A, B, C, D və E kateqoriyalarına daxil edilə bilməyib. Öz yükünü belə daşıya bilməyən 1556 binadan indiyədək 178 bina sökülüb. Bundan əlavə, 96 binada rəsmi iş başlanılıb, 1443 bina ilə bağlı əmlak sahiblərinə və rayon bələdiyyələrinə məlumat verilib.

Paylaş: