İssık-Kul gölünün sahilində yerləşən kurort zonasında daşqın olub
Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən kurort kəndlərində həddindən artıq yağıntı səbəbindən daşqınlar baş verib.
Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, İssık-Kul rayonunun Temirovka kəndində yağan güclü leysan nəticəsində 100-dən çox evin həyətyanı sahəsi və bağları su altında qalıb.
Daşqınlar rayonun Bulan-Sögöttü və Korumdu kəndlərində də baş verib, su bir otelin daxili sahəsinə ziyan vurub.Bundan başqa, Ton rayonunun Ak-Say kəndində də yağış nəticəsində 10 evin aşağı mərtəbələrini su basıb.
Daşqından zərər çəkmiş əraziyə 400-dən çox xilasetmə qrupu cəlb edilib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...