İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib
İranda helikopter qəzası nəticəsində həlak olanların nəşi Təbrizə göndərilib.
Fhnews.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Qəza yerində axtarışların başa çatdığı bildirilir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Ekipajda iki pilot və bir texniki işçi olub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...