İran Prezidentinin ölümü ilə bağlı Pakistanda matəm elan edilib
Pakistanın Baş naziri Şahbaz Şərif helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə hörmət əlaməti olaraq Pakistanda bir günlük matəm elan edib.
Fhnews.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Şərif bazar günü helikopteri İranın şimal-qərbində dağlıq və meşəlik bölgədə qəzaya uğrayan prezident Rəisinin və digər yüksək rütbəli şəxslərin faciəvi ölümü ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib.
“Onlar Pakistanın yaxşı dostları idilər. Prezident Rəisiyə, onun yoldaşlarına hörmət və qardaş İranla həmrəylik əlaməti olaraq Pakistanda matəm günü qeyd ediləcək və bayraqlar yarıya qədər endiriləcək”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...