25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

17-05-2024
IMG

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı cümə günü beş dəfə püskürüb və lava axını 900 metr məsafəyə yayılıb.

Fhnews.az xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Hakimiyyət orqanları insanları təhlükəli ərazidən uzaq durmağa çağırıb. Bundan əlavə, soyuq lava axınından qorunmaq üçün əhaliyə Semeru kraterindən yaranan çaylara yaxınlaşmamaq tövsiyə olunub.

Xatırladaq ki, 2021-ci ilin dekabrında baş verən püskürmə çox sayda insanın ölümü ilə nəticələnmişdi.

Paylaş: