İkinci Dünya Müharibəsində qəzaya uğrayan İtalyan hərbi təyyarəsi Kaş sahillərində görüntülənib
Sualtı sənədli filmin prodüseri və kinooperatoru Tahsin Ceylan İkinci Dünya Müharibəsində batmış italyan bombardmançı təyyarəni Antalyanın Kaş rayonu sahillərində lentə alıb.
Ceylan qayıqla Kaş ilə Kızılhisar adaları arasındakı "uçan balıq" dalğıc nöqtəsinə gedib və orada dənizə girib.
Bu nöqtədə görüntüləri qeydə alan Ceylan və komandası 1935-ci ilin modeli olan İtalyan istehsalı "Savoia-Marchetti SM. 79 Sparviero" üçpərvanəli bombardmançı təyyarəsinin zenit atəşi ilə dənizə düşən son vəziyyətini müşahidə edib və lentə alıb.
Sualtı sənədli filmin prodüseri və kinooperatoru Tahsin Ceylan açıqlamasında daha əvvəl 2008, 2010 və 2014-cü illərdə sözügedən nöqtəyə dalış etdiyini bildirib.
O deyib ki, təyyarə bu dərinliklərdə 58-73 metr aralığındadır və zamana tab gətirə bilməyib.Birinci mühərrikin üç pərvanəsi, ikinci mühərrikin bir pərvanəsi oksidləşmə nəticəsində qopub. Üçüncü mühərrikin gövdəsi və quyruğu indi sadəcə bir metal yığınıdır.
Ceylan sözügedən təyyarənin dövrün ən uğurlu bombardmançı təyyarəsi kimi tanındığını ifadə edib.
Böyük ehtimalla Rodosdakı bazasından havaya qalxan təyyarənin son uçuşundan sonra geri dönə bilmədiyini ifadə edən Tahsin Ceylan deyib ki, paraşütlə tullanan pilot da zenit atəşi ilə havada vurulub. Onun balıqçılar tərəfindən tapılaraq Kaşda dəfn edilən cəsədinin daha sonra İtaliya rəsmiləri tərəfindən çıxarılaraq ölkəsinə aparıldığı məlumdur.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...