İbrahim Rəisi və digər İran rəsmi şəxslərinin həlak olduğu helikopter qəzasınını səbəbi açıqlanıb
İran İslam Respublikasının keçmiş Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən digər şəxslərin olduğu helikopterin qəzaya uğramasının səbəbi açıqlanıb.
Fhnews.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının yekun hesabatında bildirilib.
Vurğulanıb ki, helikopterin qəzaya uğramasına əsas səbəb əlverişsiz hava şəraiti olub.
“Helikopterin qəzaya uğramasının əsas səbəbi regionda yaz mövsümünə xarakterik olan mürəkkəb iqlim şəraiti və qatı dumanın yaranması göstərilir. Nəticədə helikopter dağa çırpılıb”, - hesabatda qeyd edilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...