Husilər BMT təyyarəsinin Yəmənə enməsinə imkan verməyib
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının üzvləri – husi üsyançıları BMT təyyarəsinin ölkənin şərqindəki Marib əyalətinin hava limanına enməsinə imkan verməyib.
Fhnews.az Sky News Arabia telekanalına istinadla xəbər verir ki, husilər ikinci dəfədir BMT təyyarəsinin bir hissəsi üsyançıların nəzarətində olan Marib əyalətinə enməsinə mane olur.
Yanvarın 23-də Livanın “Əl Mayadeen” telekanalının yaydığı məlumata görə, ABŞ və Böyük Britaniya vətəndaşlarından ibarət BMT əməkdaşlarına husilərin nəzarətindəki bölgələri tərk etmələri üçün bir ay vaxt verib.
Qəzza sektorunda HƏMAS hərəkatı ilə İsrail ordusu arasında qarşıdurmasının şiddətlənməsindən sonra husilər Fələstin eksklavında əməliyyatlar dayandırılana qədər İsrailə zərbələr endirəcəklərini və bu ölkəyə üzən gəmilərin Qırmızı dənizdən keçməsinə imkan verməyəcəklərini bildiriblər.
Son məlumatlara görə, husilər ötən il noyabrın ortalarından bəri Qırmızı dəniz və Ədən körfəzində İsrail sahillərinə doğru üzən 30-dan çox yük gəmisinə hücum edib.
Xatırladaq ki, yanvarın 12-də Böyük Britaniya və ABŞ Silahlı Qüvvələri təyyarələrdən, həmçinin gəmi və sualtı qayıqlardan atılan qanadlı raketlərlə Yəmənin bir sıra şəhərlərinə, o cümlədən paytaxt Sənaya zərbələr endirib. Yanvarın 23-nə keçən gecə Yəmənin bombardmanı davam edib. London və Vaşinqton hava zərbələri ilə “Qırmızı dənizdə sabitliyi və gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək” niyyətində olduqlarını bildirirlər.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...