Hindistanda fırtına səbəbindən təxminən 600 min insan təxliyə edilib
Hindistanda həyata mənfi təsir göstərən tropik “Dana” qasırğası səbəbindən ölkənin şərqində təxminən 600 min insan təxliyə edilib.
Hindistan Meteorologiya İdarəsinin verdiyi açıqlamada Odişa ştatında və Qərbi Benqalda "Dana" tropik qasırğasının sürətinin saatda 120 kilometrə çatdığı bildirilib.
Güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın riskinə və təxminən 600 min insanın təxliyəsinə səbəb olub. Hindistan Meteorologiya İdarəsinin xəbərdarlığına görə su səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilər su altında qala bilər.
Fırtına nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilmir.
Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar reysi ləğv edilib, uçuşlar dayandırılıb. Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, keçən il ölkəyə təsir edən fırtınalar nəticəsində 523 nəfər həyatını itirib, 2,5 milyard dollar ziyan dəyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...