25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Hindistanda dini festival zamanı 43 nəfər suda boğulub

26-09-2024
IMG

Hindistanın şərqindəki Bihar ştatında “Civitputrika” adlandırılan dini festival zamanı baş verən ayrı-ayrı insidentlər nəticəsində azı 43 nəfər suda boğularaq ölüb.

Fhnews.az xəbər verir ki, ştatın təbii fəlakətlərin idarə edilməsi departamentinin yaydığı məlumata görə, ölənlərin 37-si uşaqdır, daha bir neçə nəfər itkin düşmüş sayılır.

Festival zamanı ştatın müxtəlif yerlərində minlərlə insan çay və gölməçələrdə müqəddəs yuyunma mərasimlərinə qatılır.

"İndiyədək ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatları davam etdirilir", - deyə departamentdən bildirilib. Ştatın 15 rayonunda faciəvi hallar qeydə alınıb.

“Civitputrika” Bihar ştatında qadınların öz uşaqlarının rifahı üçün oruc tutduğu və su hövzələrində müqəddəs vanna qəbul etdiyi ən böyük festivallardan biridir. Adətən qadınlar övladlarını özləri ilə dini mərasimə aparırlar.

Paylaş: