Güclü yağış və dolu Polşada həyatı iflic etdi
Polşanın qərbində yerləşən Qniezno şəhəri güclü yağış və doluya məruz qalıb. Həyatın iflic olduğu şəhərdə bir ayda yağmalı olan yağış 1 saata yağıb. Xəstəxanalar, polis bölmələri və məktəblər də daxil olmaqla yüzlərlə bina su altında qalıb. Güclü külək nəticəsində bir çox binaların damları uçub, daşqınlar səbəbindən vətəndaşlar 270 dəfə yanğınsöndürmə xidmətinə müraciət edib.
Güclü yağış və ardınca yağan dolu küçələri göllərə çevirib, bir çox avtomobilə ziyan dəyib.Qniezno Bələdiyyə Başçısı Michal Povalovski açıqlamasında hələlik bəzi evlərə elektrik və suyun verilə bilmədiyini və zərərin qiymətləndirilməsi işlərinin bir neçə gün çəkə biləcəyini deyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...