Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış olub, 3-ü azyaşlı olmaqla 12 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən həftəsonu 46 yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən şənbə və bazar günləri ərzində 3-ü azyaşlı olmaqla 12 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bakıda kafedə yanğın baş verib...
Bakıda yanğın olub, xəsarət alan var...
Paytaxtın Nərimanov rayonunda təkər və...
Bakıda sexdə yanğın baş verib (video)...
Xırdalanda baş verən yanğın söndürülüb,...