25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Filippində daşqın və torpaq sürüşməsi

02-02-2024

Filippində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 6 nəfər həyatını itirib. İtkin düşənlərin axtarış-xilasetmə işləri davam edir. 
Bazar günündən bu yana 23 sürüşmənin baş verdiyi Maraqusan bələdiyyəsi təbii fəlakətdən ən çox zərər çəkən bölgədir.

Rayonun kəndlərində yaşayan 10 min 100 nəfər sel və torpaq sürüşməsi səbəbindən evlərindən təxliyə edilib. Təxminən 5 min insanın Aqusan del Sur əyalətindəki Bunavan və Veruela bələdiyyələrindəki təxliyə mərkəzlərinə sığındığı qeyd edilib.

Paylaş: