25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

FHN: Kürdə səviyyənin kəskin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

26-05-2024

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb. 

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Paylaş: