FHN-in Sumqayıt Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Dövlət Universitetində “Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində” mövzusunda nəzəri-praktiki tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə universitetin əməkdaşlarına və tələbələrinə müvafiq biliklərin verilməsi olub.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbir nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Əvvəlcə, nəzəri hissə çərçivəsində fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin, interaktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.
Daha sonra universitetin həyətində davam etdirilən praktiki məşğələ zamanı Sumqayıt Regional Mərkəzinin xilasetmə vasitələri nümayiş olunub, tədbir iştirakçılarına onların təyinatı və tətbiqinə dair məlumat verilib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...