Egey dənizi sahillərində 180 qanunsuz miqrant saxlanılıb
Egey dənizinin İzmir vilayətinin Çeşme, Dikili ve Karaburun rayonlarının sahillərinə yaxın bölgəsində 180 qanunsuz miqrant saxlanılıb.
Fhnews.az xəbər verir ki, İzmirin Çeşme bölgəsində iki rezin qayıqda batmaq təhlükəsi ilə üzləşən 17-si azyaşlı olmaqla, 78 miqrant xilas edilib. Qanunsuz yollarla Yunanıstana keçmək istəyən bu şəxslərin yunan sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən geri göndərildikləri müəyyənləşib.
Rezin qayıqlarla ölkəni tərk etmək istəyən 51 nəfər isə Dikili sahillərinə yaxın ərazidə saxlanılıb. Onlardan 32-si uşaqdır.
Daha 51 nəfər Karaburun bölgəsində ələ keçirilib ki, onların da 21-i azyaşlıdır.
Saxlanılan qanunsuz miqrantlar Türkiyə Miqrasiya Xidmətinə təhvil verilib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...