Ege Universiteti Azərbaycanda Ege mətbəxini tanıtdı
Azərbaycanda “Türk mətbəxi həftəsi” çərçivəsində Ege mətbəxindən ləzzətlər təqdim edilib. Ege Universiteti Qastronomiya Bölümü müəllimləri tərəfindən hazırlanan Ege bölgəsinə xas yeməklər və şirniyyatlar ləzzəti ilə fərqlənib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə 21-27 may tarixlərində dünyada qeyd olunan “Türk mətbəxi həftəsi” çərçivəsində ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda da proqram təşkil edilib.
Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkil etdiyi proqramda səfir Cahit Bağcı, ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turqaner, diplomatik missiya nümayəndələri, Azərbaycanın incəsənət və media sektorunun tanınmış simaları iştirak ediblər.
Proqramda qonaqlara Ege bölgəsinə xas zeytun və pendirlər, tarhana şorbası, fava, xörək, zeytunyağlı yaşıl lobya, zeytunyağlı bibər dolması, otlu xəmir, krevetli güveç, İzmir küftəsi, Əncir əriştəsi, Ege Universiteti Gastronomiya Bölümü müəllimləri tərəfindən hazırlanan lokum ikram edilib.
Qeyd edək ki, keçən il “Türk mətbəxi həftəsi” çərçivəsində Hatay mətbəxi təqdim edilmişdir.Builki konsept isə Ege mətbəxindən ibarətdir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...