Danimarka kraliçası taxtı oğluna buraxdı
1952-ci ildən Danimarka taxtında olan Kraliça Marqret taxtdan əl çəkəcəyini açıqlayıb. Danimarka kraliçası II Marqret yeni il çıxışını sürprizlə bitirib. 52 ildir taxtda olan Kraliça II Marqret taxt-tacı böyük oğlu, vəliəhd şahzadə Frederikə buraxdığını açıqlayıb.
Taxtın yeni sahibi yanvarın 14-də vəzifəsinin icrasına başlayacaq. 83 yaşlı II Marqret qərarı ilə bağlı fikirlərini yeni il təbrikində belə açıqlayıb : “Qərar verdim ki, indi doğru zamandır. 14 yanvar 2024-cü ildə Danimarka Kraliçası vəzifəsindən istefa verəcəyəm. Taxt-tacı oğlum vəliəhd şahzadə Frederikə tapşırıram.”
Qeyd edək ki, II Marqret 1952-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxmış və Danimarka tarixinin ən uzun müddətli kraliçası olub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...