25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Çinin valyuta ehtiyatları 3,2 trilyon dollara yüksəlib

07-01-2024

Çin Dövlət Valyuta Klirinq İdarəsindən verilən açıqlamada valyuta ehtiyatlarının 3 trilyon 238 milyard dollara yüksəldiyi bildirilib. Açıqlamada Çin iqtisadiyyatının canlanma sürətini davam etdirdiyi vurğulanıb. Beləliklə, ölkənin valyuta ehtiyatları dekabr ayının sonunda noyabr ayına nisbətən 66,2 milyard dollar artaraq 3 trilyon 238 milyard dollara çatıb. 

Çin Dövlət Valyuta Klirinq İdarəsi bildirir ki, ABŞ dolları indeksi dekabr ayında əsas iqtisadiyyatların monetar siyasət üstünlükləri və gözləntiləri ilə azalıb, qlobal maliyyə aktivlərinin dəyəri  isə ümumilikdə artıb. 

Bəyanatda valyuta ehtiyatlarının artmasının svop əməliyyatları və aktivlərin qiymətlərindəki dəyişikliklərin birgə təsiri nəticəsində baş verdiyi ifadə edilərək, Çin iqtisadiyyatının canlanma sürətini davam etdirdiyi, yüksək keyfiyyətli inkişafın möhkəm əsaslarla irəlilədiyi vurğulanıb.

Paylaş: