Çin ötən il avtomobil ixracını 64 faiz artırıb
Çin 2023-cü ildə xarici ölkələrə avtomobil tədarükünü 63,7 faiz artıraraq 4,1 milyon ədədə çatdırıb.
Fhnews.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatında deyilir. ÇXR bu göstəriciyə görə Yaponiyanı qabaqlayaraq dünyanın ən böyük avtomobil ixracatçısı ola bilər. Yaponiya yanvar-noyabr aylarında xarici bazarlara 3,6 milyon avtomobil çıxarıb.
Rusiya Pekin üçün ən mühüm xarici bazara çevrilib. Ötən ilin 11 ayı ərzində Çin Rusiyaya yük maşınları və avtobuslar da daxil olmaqla, 840 min avtomobil tədarük edib. Ölkənin daxili avtomobil bazarı isə 2023-cü ildə 4,2 faiz artaraq 21,9 milyon avtomobilə çatıb.
Bu həftənin əvvəlində ÇXR-in “CIMC Raffles Group” gəmiqayırma kompaniyası ilk avtomobil daşıyan gəmisini istifadəyə verib. Yeddi minədək avtomobil tutumu olan gəmi BYD kompaniyası tərəfindən icarəyə götürülüb. O, ilk reysini Avropaya həyata keçirəcək.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...