Çin Kosmik Stansiyasında Su Ekosistemi Uğurla Tamamlanıb
Zebra balığı kosmosda həyat dövrünü tamamlayaraq ekoloji təcrübədə rekord qırıb. Çinin kosmik stansiyasında yaradılmış qapalı su ekosistemi uğur qazanıb. Bu sistemdə saxlanılan dörd zebra balığı böyümə mərhələsindən inkişaf və çoxalma mərhələlərinə keçərək, bütün həyat dövrünü 43 gündə tamamlayıb.
Bu, kosmosda aparılan ekoloji təcrübələr üçün rekord nəticədir. Qeyd edək ki, aprelin 25-də “Shenzhou-18” ekipajlı kosmik gəmidə dörd zebra balığı, dörd qram su bitkisi və üç Çin astronavtı kosmosa uçub. Noyabrın 4-də Yerə qayıdan “Shenzhou-18” ekipajı özləri ilə kosmik ekosistemdən su nümunələri gətirib. Balıqlar kosmik mühitdə uyğunlaşma problemi ilə üzləşib.
Çin Elmlər Akademiyasının Hidrobiologiya İnstitutunun və Şanxay Texniki Fizika İnstitutunun tədqiqatçıları su bitkilərinin fotosintez yolu ilə oksigen istehsal edərək zebra balıqlarını qida ilə təmin edə biləcəyi qapalı su ekosisteminin qurulmasına kömək edən eksperimenti birgə layihələndiriblər. Zebra balığının nəcisi su bitkiləri üçün qida mənbəyinə çevrilib.
Hidrobiologiya İnstitutunun tədqiqatçısı Vang Gaohong zebra balığının genomunun insan genomuna 70 faizdən çox oxşar olduğunu, bunun həyat elmləri araşdırması, insan xəstəliklərini öyrənmək və yeni dərmanların inkişafı üçün son dərəcə vacib olduğunu söyləyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...