Çanaqqalada sahil qırmızıya boyanıb
Mərmərə dənizi və Çanaqqala boğazına təsir edən cənub-qərb küləyinin təsiriylə qırmızı yosunlar sahilyanı əraziləri vurub. Bölgədə iki gündür təsirli olan fırtına səbəbindən sahilyanı ərazilər qırmızı yosunlarla örtülüb.
Çanaqqala Onsekiz Mart Universitetinin professoru İlknur Ak bildirib ki, yalnız bu bölgədə görülən yosunlar dəniz otu çəmənliklərində yaşayan və inkişaf edən qırmızı yosunlardır.
Bu vəziyyətin çəmənliklərdən qoparaq mövsümdən, axın və küləkdən asılı olaraq zaman-zaman sahilə doğru irəlilədiyini bildirən Ak deyib ki, bu vəziyyət bölgənin təhlükədə olduğunu göstərmir. Narahatlığa əsas yoxdur, payız mövsümündə bu vəziyyəti vaxtaşırı müşahidə etməyimiz təbiidir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...